Prezident yeni qurum yaratdı

Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam verib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, səhmləri dövlətə məxsus olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın:

“Müəyyən edilsin ki, Cəmiyyət əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə:

3.2.1. Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;

3.2.2. bu Sərəncamın 4.2-ci bəndi nəzərə alınmaqla, Cəmiyyətin idarə heyətinin üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2.3. Cəmiyyətin müşahidə şurasının və təftiş komissiyasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2.4. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

3.2.5. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

3.2.7. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;

3.2.8. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

3.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

4. Müəyyən edilsin ki:

4.1. Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır;

4.2. Cəmiyyətin idarə heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

4.3. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Cəmiyyətin Nizamnaməsini …read more

From:: ANS