Ananın ölümü, qızın xəsarət alması ilə nəticələnən qəzadan yeni xəbər

Bakı şəhər Baş Polis İdarəsi yolda vurulan ana və qızı barədə məlumat yayıb.

Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 17:45-də, Z.Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Seyid Seyidov idarə etdiyi “Opel” markalı avtomobillə 1977-ci il təvəllüdlü Vəfa Sadıqovanı və qızı 2002-ci il təvəllüdlü Fərqanə Sadıqovanı vurub.

Xəstəxanaya yerləşdirilən V.Sadıqova orada ölüb. F.Sadıqovanın vəziyyəti isə qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS