Bakıda qadın ərini pol ağacı ilə döydü (TƏFƏRRÜAT)

Ötən gecə Bakının Binəqədi rayonunda kişi arvadı tərəfindnə döyülüb.

ANS PRESS-in məlumatına görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Gecə saat 1 radələrində evə içkili halda gələn C.B. həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı kişi ailə üzvlərini söyməyə başlayıb. Daha sonra uşaqları vurub.

Kişini sakitləşdirməyə çalışsalar da, buna nail olmaq mümkün olmayıb. Nəticədə C.B.-nin həyat yoldaşı pol ağacı ilə onu vurub. Bir neçə zərbədən sonra kişi huşunu itirib.

Sonradan ona tibbi yardım göstərilib. Kişi özünə gəlib. Xoşbəxtlikdən onun ciddi xəsarət almadığı müəyyən edilib. …read more

From:: ANS