Tövləyə dönmüş məktəb (FOTO)

“Məktəbimizin binası çox acınacaqlı gündədir. Uşaqlar bu cür şəraitsiz məktəbdə təhsil ala bilmirlər. Sinif otaqları çox soyuq olur. Yağış yağanda isə sinifin düz ortasından su damcıldayır”.

Bunu ANS PRESS-in “qaynar xətti”nə müraciətində Lerik rayonun Siyov kənd sakinləri bildiriblər. Siyov kənd tam orta məktəbində heç bir şərait olmadığını deyən sakinlər binanın təmirə ehtiyacı olduğunu söyləyirlər:

“Bu məktəb torpaqlarımız uğrunda canından keçmiş şəhid Mehman Qafarovun adını daşıyır. Ancaq təəssüf ki, burada təhsil almaq imkansız hala çevrilib. Uşaqlar soyuqda dərs keçə bilmirlər. Şagirdlər balaca odun peçin başına yığışırlar. Televiziyada hansısa məktəbin təmiri və ya yeni tikilmiş məktəb haqqında xəbər eşidəndə dua edirik ki, bizim də məktəbimiz təmir olunsun”-, deyə Siyov kənd sakini Mehman Qafarov söyləyib.

Oxucularımızın bildirdiyinə görə, məktəbə təkcə Siyov kəndindən deyil, digər qonşu kəndlərdən də gəlib təhsil alanlar var. Sakinlər məktəbin yaxın vaxtlarda təmir olunacağına ümid edirlər.

…read more

From:: ANS