İrəvana qara dalğa gəlir

Ermənistan paytaxtı növbəti mitinq dalğası ilə üzləşəcək. Bununla bağlı ölkənin müxalifət partiyaları bəyanatla çıxış ediblər.

ANS PRESS-in məlumatına görə, Erməni Milli Konqressi bu il martın 1-də mitinq və təntənəli yürüş keçirəcəyini açıqlayıb.

İrəvan merinin səlahiyyətli nümayəndəsinin bu il fevralın 5-də verdiyi bildirişdə deyilir ki, Erməni Milli Konqresinin icraçı katibi S.Abramyan tərəfindən təntənəli yürüşün keçirilməsi haqqında göndərilmiş müraciətə baxılıb. Mitinq martın 1-də yerli vaxtla saat 12.00-dan 22.00-dək keçirilməlidir. Təntənəli yürüş isə saat 17.00-da Azadlıq meydanından start götürəcək və marşurutu belədir: Maştos prospekti – Qriqor Lusavoriç küçəsi – İtaliya küçəsi – Respublika meydanı – Nalbandna küçəsi – Tumanyan küçəsi – Azadlıq meydanı.

Xatırladaq ki, Ermənistan Milli Konqresi 2008-ci ildə baş verən hadisələri xatırlatmaq üçün hər il martın 1-də mitinqlər keçirir. Həmin tarixdə Ermənistanda polislə mintinq iştirakçıları arasında baş verən qarşıdurma zamanı 10 nəfər həlak olub. …read more

From:: ANS