Rus kriminal avtoritetlər Türkiyədə güllələndilər (VİDEO)

Rus kriminal avtoritetlərin cinayətkar fəaliyyətinə Türkiyədə son qoyulub.

ANS PRESS-in məlumatına görə, cinayətkar aləmin məşhur adları, Vadik Krasnodarski kimi tanınan Vadim İvanenko və Vova Puxlıy kimi tanınan Vladimir Juravski “razborka” zamanı güllələniblər.

46 yaşlı Vadik Krasnodarski aldığı ölümcül xəsarətdən hadisə yerində keçinib. Atışma zamanı digər qanuni oğru, stavropollu Vova Puxlıy isə əlindən yaralanıb.

Rus “qanuni oğru”ların Türkiyədə hansı fəaliyyət göstərdiyi və atışmanın səbəbləri barədə məlumat verilmir.

Vadik Krasnodarski

Vova Puxlıy
…read more

From:: ANS