Elza Seyidcahan yenə yazdı: “Ölməginən, yazıqsan sən” (MƏTN)

Şeir adı ilə yazdığı cızmaqara mətnlərlə hamının gülüş hədəfinə çevrilən müğənni-bəstəkar Elza Seyidcahan növbəti yazısını sosial şəbəkədə yayımlayıb.

ANS PRESS-in məlumatına görə, bir müddət heyvanlara konsert verəcəyi ilə gündəmdən düşməyən və gülüşlə qarşılanan müğənni bu dəfə daha asan yola əl atıb.

Belə ki, müğənninin yazaraq şeir adı ilə təqdim etdiyi hər yazı sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılaraq geniş müzakirə mövzusuna çevrilir.

Görünür, onun yazdıqlarının bu qədər müzakirə mövzusuna çevrilməsi elə məhz yeni cızmaqara yazmağına səbəb, stimul olur.

Bir çox ədəbiyyatşünaslar, şairlər, yazıçılar, filoloqlar tərəfindən müğənninin heç bir bəddi dəyər daşımayan yazıları tənqidlə qarşılansa da, o, bu həvəsindən əl çəkmək bilmir.

ANS PRESS ifaçının sevgi haqqında yazdığı yeni “poetik” duyğularını sizə təqdim edir:

Sevgi cəsarət istər
Görərsən sən.
Harda olsam gələrsən sən,
Qismət olsa görərsən sən.
Həsrətimdən ölərsən sən,
Ölməginən, yazıqsan sən…
Sən yazıqsan… Yazıqsan!
Sevən çox… Sevilən yox!
Sevilən çox, sevən yox!
Sevilən xoşbəxtdir,
Sevən yox… ölən yox!
Ürəyimə ox???
Sənə yox, sənə yox!
Yazığım… Dəlim…
Göz açandan o insan ki, sevilmişdir, seçilmişdir,
Alışmışdır sevgiyə…
Sevgi ile yoğrulmuşdur, yanmışdır…
Öpüşmüşdür sevgi ilə…
Boğuşmuşdur, onun ilə doğulmuşdur…
Təzədənnən doğulmuşdur…
Hər sevəndə doğulursan,
Ölürsən…
Yenisindən, yenisindən,
Yiyəsindən!
Sevginin öz yiyəsi var…
Ay yazıq…!? Kisəsi var, kuzəsi var…
Nizəsi var, qalxanı var…
Yatanı var, durani var…
Hamısı bir sevginindir…
Sevgimindir, Sevgilimdir,
Hər dəqiqə, hər anım,
O mənimdir, mənimdir!
Harda olsam gələcək o…
Qismət olsa görəcək o…
Görərsən sən… Baxarsan sən…
Mənimdir o…
Bilirsən sən?
Mənimsən sən… Mənimsən! …read more

From:: ANS