Məşhur müğənninin qızına “Skype”dan elçi gəldi

Türkiyəli məşhur müğənninin qızına internetdən elçi düşüb.

ANS PRESS-in məlumatına görə, Türkiyədə arabesk musiqisinin kralı hesab edilən Fərdi Tayfurun qızı Tuğçə Tayfur “Kanaltürk”dəki “2-ci səhifə” proqramına qonaq olub.

Sənətçinin qızı qonaq olduğu proqramda şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.

O, həyat yoldaşının onu atasından “Skype” vasitəsilə istədiyini bildirib: “Həyat yoldaşım Tanərlə ABŞ-da tanış olduq. Evlənməyə qərar verdik. Tanərin ailəsi mənim atamdan istəməyə getdi. Lakin biz ABŞ-da olduğumuz üçün biz “hə”də iştirak edə bilmədik. Texnologiyanın inkişaf etdiyini bilirik. Biz də “Skype”dan atamgilin evi ilə əlaqə qurduq. Baş verənləri izlədik. Hətta mən Tanərə duzlu qəhvə də hazırladım, o da içdi. Hər şey adət-ənənəyə uyğun oldu. Sadəcə biz orada yox idik. Amma onu deyim ki, Tanər sonra Türkiyəyə gedəndə atamla üz-üzə tanış olub görüşdü.” …read more

From:: ANS