Erməni spiker qonşu ölkədə

Ermənistan parlamentinin spikeri Qalust Saakyan bu ay İrana rəsmi səfər edəcək.

ANS PRESS-in məlumatına görə, Armenia Today yazır ki, bu barədə xəbəri İRNA-ya müsahibəsi zamanı İran İslam Respublikasının spiker köməkçisi Hüseyn Şeyxulislam verib.

Saakyanın başçılıq etdiyi nümayəndə heyati Tehrana 4 günlük səfər edəcək. Şeyxulislam bildirir ki, Saakyan Tehranda yüksək rütbəli məmurlarla görüş keçirəcək.

Səfərin gündəliyində iki ölkənin əlaqələrinin inkişaf etdirilməsi durur. …read more

From:: ANS