Rəhmətlik qəbristana ictimai nəqliyyatla getdi

Dünyanın ən böyük metropolislərindən olan Türkiyənin İstanbul şəhərindəki ictimai nəqliyyatda qəribə bir hadisə baş verib.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, metrobus adlı ictimai nəqliyyatın sərnişini qəfildən infarkt keçirərək dünyasını dəyişib.

Hadisə Avcılarla Zincirlikuyu arasındakı şəhərdaxili yolda baş verib.

Dərhal sürücüyə məlumat verilib və metrobus dayandırılaraq hadisə yerinə təcili yardım çağırılıb.

Həkimlərin həmin şəxsin ölməsi barədə verdiyi məlumatdan sonra sərnişinlər metrobusdan təxliyyə olunublar və mərhum, cənazə maşınına mindirilmək üçün ictimai nəqliyyatla “Zincirlikuyu” qəbristanlığına aparılıb. …read more

From:: ANS