Kramatorsk atəş altında (FOTO, VİDEO +18)

Ukraynanın şərqində Kramatorsk şəhərinə atılmış raketlər Rusiya yönümlü separatçılara qarşı əməliyyatlar aparan hərbi qüvvələrin qərargahına və mülki əhalinin məskunlaşdığı ərazilərə düşüb.

ANS PRESS-in məlumatına görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib ki, ilkin məlumata əsasən, üsyançıların Kramatorskuda raket hücumları 15 nəfərin ölümü və uşaqların da daxil olduğu 63 nəfərin yaralanmasına səbəb olub.

Donetsk regionu idarəsinin verdiyi məlumata görə, yaralananlardan 32 nəfəri raketin düşdüyü təyyarə meydançasında işləyən hərbi qulluqçulardır.

Ukrayna prezidentinin müşaviri Yuri Biryukov Facebook səhifəsində yerləşdirdiyi məlumatda hərbi qərargahda iki hərbi qulluqçunun həlak olduğu və doqquz hərbi qulluqçunun yaralandığını bildirib.

Ukrayna hökumətinin tərəfindən döyüşən “Azov batalyonu” hərbi dəstəsi bu gün irəliləyişə nail olduğunu bildirib. Könüllülərdən ibarət Kiyev tərəfdarı yarı-hərbi qrup Facebook səhifəsində yerləşdirdiyi məlumatda Rusiya ilə sərhəddəki Novozavodsk şəhəri istiqamətində keçirilən hücum zamanı bir neçə kəndi ələ keçirdiyini bildirib.

Kramatorskda hücumdan öncə Ukrayna hərbi qüvvələri 24 saat ərzində döyüşlərdə yeddi hərbi qulluqçunun öldüyünü bildirib.

…read more

From:: ANS