Günün bürcü: uzaq yola çıxmayın

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – çoxdan hazırladığınız planları reallaşdırmaq üçün münasib zamandır. Gərəkli insanlarla əlaqələr yaradın. Potensial tərəfdaşların niyyət və istəklərindən hali olun. Cəsarətli, amma nəzakətli davranın.
Günün ikinci yarısında yeni layihəyə, işə başlamaq olar. Ən ağır problemin həllinə başlamaqdan çəkinməyin.
Şəxsi münasibətlərdə irəliləyiş ola bilər. Həmfikirlərlə birlikdə vaxt keçirin. Enerji potensialınızın səviyyəsi yüksəkdir.
Axşam saatlarında normal istirahət etməyə çalışın.

Buğa – günün ilk yarısında işlərinizdə uğur əldə etmək istəyirsinizsə, problemlərin həllinə qeyri-standart yanaşın. Adi günlər effekt verən mteodlar bu gün yararsızdır. Çətinliklər böyük sürətlə peyda olacaq.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərinizi daha intellektual edin. Ailə problemlərini məntiqlə həll edin. Axşam saatlarında hobbinizə vaxt ayıra bilərsiniz.
Normal istirahət edin.

Əkizlər – günün ilk yarısından etibarən əlavə işlər və həlli təcili tapşırıqların sayı artacaq. İşdə həmkarlarınızdan birini əvəzləməli olacaqsınız. Hesablama və yazışmalarda diqqətli olun.
Hüquqi məsələlərin həllini əsla ertələməyin.
Günün ikinci yarısında gündəlik qayğılarınız ağır, maraqsız və rutin iş təsiri bağışlamasın. İşləri bir kənara ataraq yalnız istirahət, yaxud da əyləncə barədə düşünməyin. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Xərçəng – günün ilk yarısı əlverişli zamandır. Problemlərin öhdəsindən qeyri-ənənəvi yollarla gələ bilərsiniz. Planlarda köklü dəyişikliklər, təcili səfər və ya ezamiyyət istisna deyil. İşgüzar yazışma ilə məşğul olun, sənədləri qaydaya salın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə qətiyyətli olun. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Onlar məişət məsələləri ilə yanaşı, təhsil və peşəkar fəaliyyət sahələrində də yardımlarını əsirgəməyəcəklər.
Sevdiyiniz insan üçün qısqanclığa səbəb yaratmayın.

Şir – qarşılaşacağınız problemlərin həllində rasional yanaşma ilə bahəm, intuisiya da dadınıza çatacaq. Narahat durum, qarışıq gündür. Stress şəraitində çalışmalı olacaqsınız. Bu, əhvalınızın korlanmasına, səhhətinizdə problemlərin yaranmasına səbəb ola bilər.
Günün ikinci yarısı qəflətən yaranan maneəni dəf etmək üçün intellektual imkanlarınızı işə salın. Tapmacanın cavabını tapmaq məcburiyyətində qalacaqsınız. Axşam saatlarına yaxın dəyər verdiyiniz insanlarla ünsiyyəti intensivləşdirin. Tənhalıq, tərki-dünyalıq hisslərindən qurtulun.

Qız – peşəkar fəaliyyətinizdəki bəzi problemlərin həll yollarını dostlarla ünsiyyətdə …read more

From:: ANS