17 oğlan bir qızı zorladı, videoya çəkdi

Türkiyədə lisey şagirdi olan bir qıza təcavuz edən 17 oğlan saxlanılıb.

ANS PRESS-in məlumatına görə, lisey şagirdləri olan oğlanların qıza təcavuz edərkən telefonla bu görüntüləri çəkdiyi də iddia olunub.

Samsunda baş verən iyrənc hadisəyə səbəb lisey şagirdlərinin spirtli içki qəbul etməsi göstərilib. Adı açıqlanmayan qıza nə vaxt təcavüz edildiyi barədə konkret məlumat verilməyib.

Qızın ailəsinin şikayəti əsasında araşdırmalara başlayan polis 17 şagirdi saxlayıb. Onlardan 9-unun işi məhkəməyə göndərilib. Telefonlarında hadisənin qeydlərinin olduğu təsbit edilən 3 şagird həbs olunub, 6 şagirdə isə şərti iş verilib.

Qalan 8 şagirdin isə ifadələri alınandan sonra işlərinin məhkəməyə göndəriləcəyi gözlənilir. …read more

From:: ANS