Metroda yeniliyin tətbiqinə başlandı (VİDEO)

Metroda bir ilə yaxındır ki, yığışdırılan ticarət yenidən qayıdır. Amma əvvəllər alıcılar xırda ticarət üçün yeraltı keçidlərə, hətta az qala platformalara qədər gedib çıxırdılarsa, indi vəziyyət başqadır. Avropa Oyunları ərəfəsində Olimpiya kəndinin və əsas idman mərkəzinin yerləşdiyi istiqamətdə “Koroğlu” metrostansiyasında kitab satışına başlanılmasi təsadüfi deyil. Amma bu ticarətin nə qədər uğurlu olduğunu isə vaxt göstərəcək.

“Koroğlu” metrosunun çıxışında yerləşən və ticarət məqsədilə tikilən obyekt artıq kitab evi kimi fəaliyyətə başlayıb.

Bakı Metropolitenin mətbuat xidmətindən aldığımız məlumata görə, metronun müəyyən stansiyalarında, arxitektur quruluşla vəhdət təşkil etməklə, inşa və təmir-bərpa işləri həyata keçirilir. Bu zamanı əvvəlcədən nəzərə alınmaqla xüsusi ayrılan və hazır vəziyyətə gətirilən məhdud sayda yerlərdə apteklər şəbəkəsi, su, kofe və s. xidmətlər göstərilməsi nəzərdə tutulur. Eyni zamanda yerinə yetirən çoxfunksiyalı aparatların, kitab evi şəbəkəsinin, o cümlədən gül salonu şəbəkəsinin fəaliyyət göstərməsi üçün şərait yaradılması planlaşdırılır.

Bu isə insanların təxirəsalınmaz hallarda ehtiyaclarının ödənməsi və maariflənmələri üçündür.

Əvvəllər bütün malların satışını müşahidə edən alıcıların kitab satışına münasibəti demək olar ki, birmənalı oldu.

“Tələbəyəm, vaxtım olmur, hansısa mağazaya gedib kitab alım. Metrodan mütəmadi istifadə etdiyim üçün, istiyirəm ki, hər metronun çıxışında belə kitab mağazaları olsun” – deyə alıcı Vahidzadə Nəzrin bildirdi.

“Başqa şeylər satmaq lazım deyil. Camaatın gəliş-gedişinə mane olur. Maarifləndirmə baxımdan elə kitab satışı yaxşıdır” – deyə alıcı Ağayev Əhməd dedi.

Ticarət köşkləri üçün yer elə seçilir ki, heç bir halda metro stansiyasının hər hansı bir qurğusundan fərqlənməməklə hərəkət axınından tam olaraq kənarda yerləşir. Bu isə sərnişinlərin həmin yerlərdə rahat və sərbəst hərəkətini təmin etmək məqsədi daşıyır.

Ötən ilin mart ayından metropoliten ərazisində – keçidlərdə, vestibüllərdə pərakəndə şəkildə fəaliyyət göstərən ticarət köşkləri bu ərazilərdən çıxarılıb.

Metropolitenin yeni rəhbərliyi həmin köşkləri yeraltı nəqliyyatın normal fəaliyyətinə, sərnişinlərin sərbəst gediş-gəlişinə aşkar təhlükə törətdiyinə, bununla da insanların haqlı narazılığına səbəb olduğuna görə ləğv etmişdi.

…read more

From:: ANS