Bakıda sakinlər yolu bağladı (VİDEO)

Paytaxtdakı məhəllələrdən birində zavoda gedən yük maşınları yolu yararsız hala salıb. Hər halda ərazidə yaşayan sakinlər belə deyir və yaranmış vəziyyətə də dözmək istəmirlər. Bu gün isə narazılıqlarını etiraz şəklində, yəni ağır tonnajlı maşınların yolunu kəsərək bildiriblər. Baş verənlərə ağır tonnajlıların yük daşıdığı zavod rəhbərliyi də reaksiya verib.

ANS TV-nin məlumatına görə, paytaxtın Nərimanov rayonu, Böyükşor qəsəbəsi, P/YUA 38/10 küçəsində yaşayanlar demək olar ki, hər gün bu küçədən şütüyən yük atomobillərinin əlindən cana gəliblər. Buna görə də bu gun küçələrində taxtadan səd qurub yük maşınlarının hərəkətini dayandırıblar. Nəticədə bir neçə iri yük avtomobili və beton qarışdıran maşın yolda qalmalı olub.

Sakinlərin etirazına səbəb həm də küçələrinin bərbad vəziyyətdə olmasıdır. Deyirlər ki, bu vəziyyəti də sözügedən maşınlar yaradıb. Yaxınlıqda yerləşən istehsal müəssisələrinə məxsus ağır tonnajlılar hər gün, hər dəqiqə məhz bu küçədən keçir.

Onların sözlərinə görə, əvvələr zavodlara alternativ yol var idi. Bu küçəyə asfalt qatı da vurulmuşdu. İndi isə küçə demək olar ki, keçilməz hala düşüb. Yolu keçərkən minik avtomobilləri çuxurlara bataraq hərkət edir. Sakinlər isə burdan keçərkən uzunboğaz çəkmələdən istifadə etmək məcburiyyətində qalır. Paytaxtın mərkəzində belə küçənin olması təəccüblüdür. Ağır tonnajlı avtomobillərin bu yoldan tez-tez istifadə etməsi bəzi evlərin su borusunu da zədələyib.

“Xəstəmiz düşəndə Təcili Tibbi Yardım avtomobili vaxtlı-vaxtında müəyyən olunmuş ünvana gəlib çıxa bilmir. Yolun bərbad olması ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsək də heç bir nəticəsi olmayıb. Bildirirlər ki, gedin hara istəyirsiz, müraciət edin, yol təmir edilməyəcək”, – deyə Şikayətçi Əli Əsgərov bildirib.

“Bir neçə il öncə dəmir yoluna qədər asfaltladılar. Ondan sonra işi yarımçıq saxladılar. Sakinləri aldatdılar. Bu azmış kimi ağır tonnlajlı avtomobillər yolda hərəkət etdikcə sakinlərin min-bir əziyyətlə çəkdirdikləri su borular sıradan çıxır”, – deyə şikayətçi Ziyadxan Məmmədov vurğulayıb.

Hərkətsiz vəziyyətdə dayanmış ağır tonnajlı avtomobil sürücülərdən soruşanda ki, niyə məhz bu yoldan istifadə edirsiz. Onlar alternativ yolun olmadığını bildirdi.

Bir saata yaxın ağır tonnajlı avtomobillərin hərəkətsizliyindən …read more

From:: ANS