Atəşkəs elan olundu? (VİDEO, FOTO)

Minskdə Ukrayanın şərqində atəşkəsin rejiminin elan edilməsi haqqında razılığa gəlinib.

ANS PRESS-in məlumatına görə, bu haqda TACC agentliyi etibarlı mənbəyə istinadən xəbər verir.

Bildirilir ki, Minskdə aparılan danışıqlarda ağır hərbi texnikanın çıxarılması və atəşin dayandırılması barədə razılığa gəliblər.

Minskdə görüş başa çatsa da görüşün iştirakçıları mətbuat üçün açıqlama verməyiblər.

Mənbənin məlumatına görə, Minsk əlaqə qrupunun iştirakçıları Donetsk vilayətinin dövlət quruluşunu və yerli seçkilərin keçirilməsini müzakirə ediblər.

…read more

From:: ANS