“Liverpul”dan dramatik qələbə (VİDEO)

İngiltərə Premyer Liqasında XXV turun oyunlarınaa start verilib.

ANS PRESS-in məlumatına görə, ilk matç günündə azarkeşlər dörd qarşılaşmanın şahidi olublar.

“Arsenal” doğma divarlar arasında “Lester”i 2:1, “Hall Siti” “Aston Villa”nı 2:0, KPR “Sanderlend”i səfərdə eyni hesabla məğlub edib – 0:2.

Turun mərkəzi matçı “Liverpul”la “Tottenhem” arasında baş tutub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun qalan altı oyunu bu gün keçiriləcək.

İngilrərə Premyer Liqası
XXV tur
10 fevral
“Arsenal” – “Lester” – 2:1
Qollar: Koselni, 18, Uolkot, 41 – Kramariç, 61

“Hall Siti” – “Aston Villa” – 2:0
Qollar: Yelaviç, 22, N’Doye, 74

“Sanderlend” – KPR – 0:2
Qollar: Fer, 18, Zamora, 45+1

“Liverpul” – “Tottenhem” – 3:2
Qollar: Markoviç, 15, Cerrard, 53-pen, Balotelli, 83 – Kane, 26, Dembele, 61

…read more

From:: ANS