Putindən “Kalaşnikov” mesajı

Rusiya prezidenti Vladimir Putin Misir prezidentinə “Kalaşnikov” avtomatı hədiyyə edib.

ANS PRESS-in məlumatına görə, Putin Misirə səfər çərçivəsində Əbdülfəttah əs-Sisiyə “Ak-47” markalı avtomat bağışlayıb.

Misir prezidentinin də Putinin bu jestinə hədiyyə ilə cavab verib. Ancaq hədiyyənin nə olduğu barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, iki ölkə başçısı arasında hədiyyə bağışlamaq halı ilk dəfə Sisinin Rusiyaya səfəri zamanı yaşanıb. Belə ki, Putin Misir prezidentinə qızılulduzlu pencəyi hədiyyə etmişdi. …read more

From:: ANS