Ölüm hökmünün ləğvindən 17 il ötür (VİDEO)

Azərbaycanda ən ağır cəzanın ölüm hökmünün ləğvindən 17 il keçir. İndi ölkədə ən ağır cəza ömürlük azadlıqdan məhrumetmə hesab edilir. Son illər ağır qətl hadisələrinin sayının artması ilə əlaqədar bəzən ölüm hökmünün bərpası kimi fikr səsləndirənlərə rast gəlinir. Sözsüz ki, bu cür fikrlərə tutarlı arqumentlərlə cavablar var.

Ölüm hökmü cəza növü kimi insanı həyatdan məhrum etməkdir. Bu gün dünyanın bir sıra ölkələrində ağır cinayətlər törədən şəxslərə ölüm hökmü tətbiq olunur. Onun ən geniş yayılmış növü isə güllələnmədir. Hansı ki, 1998-ci ilə qədər Azərbaycanda da Bayıl həbsxanasının ölüm kamerası adlandırılan otağında bu üsuldan istifadə olunurdu. Yalnız 1998-ci ilin fevralın 10-da ölüm hökmü Azərbaycanda rəsmən ləğv edildi. O günləri yaxşı xatırlayıram. Prezident Aparatında biz jurnalistlərə bu xəbəri prezident Heydər Əliyev şəxsən özü çatdırmışdı.

“Mən bu məsələləri ətraflı təhlil edəndən sonra belə qərara gəlmişəm ki, Azərbaycanda Cinayət Məcəlləsindən ölüm hökmü ilə əlaqədar olan bütün maddələr dəyişilməlidir. Və Azərbaycanda bir cəza kimi ölüm hökmü ləğv olunmalıdır” – deyə ümumili lider Heydər Əliyev bildirmişdi.

Ölüm hökmünün ləğvi o vaxt cəmiyyəti nə qədər sevindirmişdisə, bu gün xeyli dərəcədə düşündürür. Çünki, müasir dünyamız ağır qətllərdən sığortalanmayıb və az qala hər gün ölkədə müxtəlif qəbildən olan cinayətlər baş verir. Uzağa getməyək, cəmi bir gün əvvəl qardaş öz doğma bacısını, bir həftə əvvəl isə oğul anasını öldürdü. Bu səbəbdən əksəriyyət düşünür ki, ölüm hökmünün bərpası insanları nisbətən islah edə, qətllərin sayını azalda bilər.

“Görürsən ki, bir cani qədarcasına bir ailənin canına qıyır. Bu cür hadisələr şahidi olanda düşünürsən ki, ölüm hökmü bərpa olunmalıdır”, – deyə millət vəkili Rəfael Cəbrayılov bildirdi.

Hüquqşünaslar, vəkillər, yəni xüsusilə məhkəmə sektoruna bələd olanlar isə deyirlər ki, bugünkü Azərbaycan reallığında, yəni ədalətli məhkəmə sisteminin olmadığı bir vaxtda ölüm hökmünün bərpasından danışmaq yersiz və hətta yolverilməzdir.

Yeri gəlmişkən, yaxın bir neçə ay əvvələ kimi Cinayət Məcəlləsində ən populyar maddə olan 120-ci maddə, yəni qəsdən adam öldürməyə görə ən aşağı cəza …read more

From:: ANS