Əliyev Azadlıq meydanında (FOTO)

Prezident İlham Əliyev Bakının Azadlıq meydanında Daxili İşlər Nazirliyinin müxtəlif qurumları, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan və müasir avadanlıqla təchiz edilən avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib.

ANS PRESS-in məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Son illərdə yol polisinin bütün şəxsi heyətinin işinin səmərəli qurulması, yol hərəkəti təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısının, qarşıda duran vəzifələrin icrası, işin daha səmərəli qurulması istiqamətində görülən tədbirlərin nəticəsidir ki, bu gün digər hüquq mühafizə orqanlarında olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində də əməkdaşların fəaliyyəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Daxili İşlər Nazirliyi orqanlarında maddi-texniki təchizatın yaxşılaşdırılması ilə bağlı xeyli iş görülüb, yeni texniki vasitələrin alınmasına başlanıb. Post-patrul, növbətçi hissə və çevik polis alayı, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan “Fiat Doblo” və “BMW” markalı avtomobillər bu sırada mühüm yer tutur. Ümumilikdə yol polisi əməkdaşları üçün 400, digər qurumların əməkdaşları üçün isə 300 avtomobil alınıb. Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb. Sistem yol-patrul xidməti (YPX) avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infrared” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə daxili kompyuter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompyuterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir. Həmçinin YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Həmçinin nömrəsi oxunan hər bir nəqliyyat …read more

From:: ANS