Bakıda 1000 manata it döyüşdürənlər (VİDEO)

Paytaxtda 1000 manata it döyüşdürdülər.

ANS TV-nin məlumatına görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsində həvəskar çəkilişlə lentə alınan kadrlardan da görünür ki, bir qrup qəsəbə sakini iki itin döyüşdürülməsinə maraqla tamaşa edirlər. Hətta müxtəlif frazalarla onları daha da coşdururlar.

Düzdür qalib tərəf nəticədə sahib olduğu itin gücünə görə 1000 manat qazanır. Amma əslində elə törətdiyi əməl ona bir o qədər məbləğdə cəriməylə baha başa gələ bilər.

Ölkədə canlı aləmin mühafizəsi ilə məşğul olan qurumun sədri Mənsurə Rəsulzadə deyir ki, itləri, fərq etməz istənilən iki canlını bu cür boğuşdurmaq nə insanlığa, nə də dinə sığır: “Əslində bu işlə məşğul olmaq özü bir cinayətdir. Çünki iki heyvanı boğuşdurarkən onlar ağır zədələr ala bilər. Şikəst qalar, hətta ölə bilər. Bu isə qanuna ziddir. Əgər iki canlını bu cür döyüşdürmək 500 manat cərimədirsə, onun xəsarət alması, ya da ölməsi 1000 manatdır. Yəqin ki, heyvan sahibləri cərimələrdən xəbərdar oldular. Bu cür işə bir də cəhd etməzlər, tək maddiyyata görə yox, həm də insanlıq xatirinə”.

…read more

From:: ANS