İlham Əliyev müdafiə nazirini qəbul etdi

Prezident İlham Əliyev Qırğız Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyevi qəbul edib.

ANS PRESS-in məlumatına görə, müdafiə naziri Abibilla Kudayberdiyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, ölkələrimizin müdafiə və müdafiə sənayesi, o cümlədən hərbi təhsil sahələrində əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğız Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi. …read more

From:: ANS