Rus-Türk birliyi mesajı verildi

Türkiyədən Rusiyaya ərzaq və qida məhsullarının idxalı ötən ildə rekord səviyyəyə çatıb.

ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın Ankaradakı səfiri Andrey Karlov deyib.

O bildirib ki, 2013-cü illə müqayisədə ötən il Türkiyədən Rusiyaya ət və ət məhsullarının ixracı 10 dəfə artıb. Yanvar-noyabr aylarında göndərilən balıq və balıq məhsulları 2 dəfə, tərəvəz 10% artıb. Bundan əlavə, Türkiyədən süd və yumurta alınmasına başlanılıb.”

Səfir diqqətə çatdırıb ki, 2014-cü ilin nəticələrinə əsaslanaraq Rusiya və Türkiyə arasında ticarət dövriyyəsi 30 milyard dolları keçə bilər.

Onun sözlərinə görə, 2015-ci ildə Rusiyada böhrana görə vəziyyət neqativ tərəfə dəyişəcək. Amma bu effekt uzun müddət davam etməyəcək. …read more

From:: ANS