Bakıda daşlaşmış canlı qalıqlar (FOTO)

Bakıda fosil – daşlaşmış canlı qalıqlar sərgilənib.

ANS PRESS-in məlumatına görə, Təbiət Elmləri İctimai Birliyi tərəfindən təşkil edilən sərgi 3 gün davam edib.

Birliyinin üzvləri sərgi iştirakçılarını 40-dan çox eksponatla yaxından tanış edərək onların yaşı, tapıldığı ərazi və aid olduğu tarixi dövrlər barədə ətraflı məlumat veriblər.

Paytaxtın ticarət mərkəzlərinin birində nümayiş olunan sərgidə bir çox xarici millətlərdən də qonaqlar olmaqla minlərlə insan iştirak edib. Sərgi çox maraqla qarşılanıb, sərgiyə gələnlərin sualları cavablandırılıb.

Fosil – uzun illər əvvəl yaşamış canlıların quruluşlarının təbii şərtlər altında qorunaraq dövrümüzə gəlib çatan izləridir.

…read more

From:: ANS