Kişi arvadını və 2 qızını başından güllələyib öldürdü və … (FOTO)

Türkiyənin İzmir şəhərində dəhşətli cinayət baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə gecə saat 3 radələrində Bucada qeydə alınıb.

Kənd sakini 55 yaşlı Ənvər Ö. arvadı 59 yaşlı Mekkiye Ö. ilə dalaşmağa başlayıb. Mübahisə zaman kişi qeyri-qanuni gəzdirdiyi tapançanı çıxararaq arvadına başından atəş açıb.

Atəş səsini digər otaqda olan qızları 35 yaşlı Nəsrin Ö. və Duyğu Ö. gəliblər. Atalarının analarını öldürdüyünü görən qızlar nə baş verdiyini anlayana qədər Ənvər Ö. onları da vurub. Kişi qızlarını da başlarından güllələyib.

Kişi 11 yaşlı nəvəsini də güllələmək istəyib. Lakin uşaq evdən qaçaraq qonşuya sığınıb.

Ənvər Ö. daha sonra tapança ilə başına atəş açıb.

Qonşuları hadisə yerinə həkim və polisə əməkdaşları çağırıblar. Polis 3 qadının öldüyünü, Ənvər Ö.nün isə ağır yaralandığını görüblər.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

…read more

From:: ANS