Bu görüntülər Bakıda səs-küyə səbəb oldu (VİDEO)

Sosial şəbəkələrdə azyaşlıya edilən təzyiq müzakirələrə səbəb olub.

ANS TV-nin məlumatına görə, son günlər sosial şəbəkələrdə yayımlanan görüntü, böyük müzakirələrə səbəb olub. Kadrlarda uşaq bağçalarından birində tərbiyəçi və sanitarların əhatəsində olan körpə qızın ağladığı və nənəsini istədiyini söyləməsi görünür. Onun ağlamağına məhəl qoymayan ətrafda olanlar isə azyaşlı ilə əylənməyə başlayıb. Ona nənəsinin öldüyünü deyərək dahan da ağladıblar. Digər diqqət çəkən məqam isə tərbiyəçilərdən birinin uşağı üzr istəməyə vadar etməsidir.

Məsələyə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, həmin hadisə araşdırılacaq və onun baş verdiyi bağçanın müdiri də, həmin qrupdakı tərbiyəçi və sanitarlar da ən sərt şəkildə cəzalanacaqlar.

…read more

From:: ANS