Qızlar oğlanı belə qaçırdılar (VİDEO)

Gürcüstanda 3 qız avtobus dayanacağında dayanan oğlanı qaçırıblar.

ANS PRESS-in məlumatına görə, hadisə barədə sosial şəbəkədə məlumat yayılıb. Hətta qaçırılma anının videosu da paylaşılıb.

Sosial şəbəkə istifadəçilərindən biri hadisənin Qərbi Gürcüstanın Kutaisi şəhərində baş verdiyini bildiriblər. Videodan da aydın olur ki, dayanacaqda gözləyən gənc oğlan 3 qız tərəfindən zorla qaçırılır.

İlk öncə qızlardan biri avtomobildən düşərək oğlandan ünvan soruşur. Daha sonra digər iki qız avtomobildən düşürək oğlanı zorla maşına mindirirlər.

İstəklərinə nail olan gənc qızlar oğlanı məcburən maşına basıb ərazidən uzaqlaşıblar.

…read more

From:: ANS