Rednik “Xəzər Lənkəran”a niyə qayıtmayıb?

“Səudiyyə Ərəbistanından, Qətərdən, Azərbaycandan, xüsusən də “Xəzər Lənkəran”dan, həmçinin Belçikadan təklif almışdım”.

ANS PRESS-in məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik deyib.

Rednik imtinanın səbəbini də açıqlayıb: “Maliyyə baxımından sərfəli təkliflər almışdım. Amma onlardan imtina etdim. Hazırda sağlığımla bağlı müəyyən problemlərim var. Bu barədə çox danışmaq istəmirəm. Həkimlər tezliklə əməliyyat olunmağımı istəyirlər. Vəziyyət ciddi olmasa da, imtina etmək də olmaz”. …read more

From:: ANS