“Terrorbaşı” Azərbaycana gəlir (FOTO)

Tanınmış Amerika serialında canlandırdığı terrorçu lider obrazı ilə məşhurlaşan türk aktyor Azərbaycana gələcək. ANS PRESS-in məlumatına görə, Numan Acar “Homeland” adlı serialda terrorçu liderini canlandırıb.

Aktyor Azərbaycanda filmə çəkiləcəyini qeyd edib. Çəkilişlərin 3 aya davam edəcəyini və bu müddət ərzində Azərbaycanda qalacağını deyib.
N.Acar filmin adını və mövzusunu açıqlamayıb.

Aktyor bu açıqlamanı qatıldığı Berlin film festivalında verib.

Xatırladaq ki, N.Acar Almaniyada və Türkiyədə filmlərə çəkilib. 2007-ci ildə film çəkilişləri ilə məşğul olan öz şirkətini qurub. 2014-cü ildə Amerikada istehsal edilən “Homeland” da Pakistandakı Taliban lideri Haissam Hakkani canlandırıb.

…read more

From:: ANS