Bakının bu yolu bağlanır (FOTO)

Paytaxtda daha bir yol bağlanır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Nobel prospektinin Gəncə prospekti ilə kəsişməsindən Ramiz Quliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Məhdudiyyət bu gün saat 10:30-dan etibarən başlayır.

Yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır. …read more

From:: ANS