Bakıda yük maşını iki uşağı vurdu

Ötən gün Bakının Binəqədi rayonunda yük maşını iki uşağı vurub.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 13 radələrində, M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Visuhi Cəfərov idarə etdiyi KamAZ markalı avtomobillə 2004-cü il təvəllüdlü Zivər Feyzullayevanı və 2005-ci il təvəllüdlü Hüseyn Mikayılovu vurub.

Zərbənin təsirindən Z.Feyzullayeva hadisə yerində ölüb. Digər piyada H.Mikayılov xəstəxanaya yerləşdirilib.

Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsilə cinayət işi başlanıb.

Binəqədi rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. …read more

From:: ANS