Bakıda Gürcüstan vətəndaşını bıçaqladılar

Bakıda bıçaqlanmaya görə axtarışda olan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ələkbər Mustafayev tutulub. Saxlanılan şəxs Gürcüstan vətəndaşı 1972-ci il təvəllüdlü Fərhad Abdıyevi bıçaqlamaqda şübhəli bilinir.

Qeyd edək ki, fevralın 5-də saat 04:25 radələrində, Maştağa qəsəbəsində Gürcüstan vətəndaşı 1972-ci il təvəllüdlü Fərhad Abdıyev çoxsaylı bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. …read more

From:: ANS