Rusiyanın “Bakı” restoranındakı qanlı davanın məhkəməsi

Rusiyanın Tumen şəhərində azərbaycanlılara məxsus “Bakı” restoranında baş verən qətl hadisəsi ilə bağlı məhkəmə prosesi başlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Leninski rayon məhkəməsində kliniki xəstəxanada baş verən ölüm faktı ilə bağlı 3 nəfər hakim qarşısına çıxarılıb.

İttiham edilənlər kürsüsündə oturanların 3-də Azərbaycan vətəndaşlarıdır. Baxış prosesindən sonra növbəti məhkəmə fevralın 18-nə təyin edilib. Onların barəsindəki həbs qərarı isə aprel ayının 30-na kimi uzadılıb. Hadisədə iştirak edən 5 nəfər federal axtarışa verilib.

Xatırladaq ki, hadisə “Bakı” kafesində ötən ilin may ayında baş verib. Müxtəlif millətlərə əxsus olan iki qrup aradında baş verən mübahisə zamanı 29 yaşlı Ataş Qurbanov adlı gənc bıçaq yarası almışdı. Yaxınları onu dərhal xəstəxanaya aparsalarda gəncin həyatını xilas etmək mümkün olmamışdı.

Onun ardınca təcili yardım maşınında ikinci yaralı xəstəxanaya gətirilib. Bu vaxt ölən Ataşın 30 nəfərə yaxın qohumu birbaşa xəstəxananın foyesində ikinci yaralıya hücum edərək onu döyüblər, daha sonra çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetiriblər.

Verilən məlumatlara görə, həmin şəxs Gürcüstandan olan azərbaycanlıdır. Ataşı bıçaqlayanın həmin şəxs olduğu deyilsə də, sonradan bu təkzib edilib.

Rusiyada azərbaycanlıların qanlı divanı …read more

From:: ANS