Nyu Yorkda türk saxlanıldı

ABŞ Missuri əyalətinin Ferquson şəhərində Maykl Braun adlı zəncinin polis tərəfindən öldürülməsi və daha sonra andlı məhkəmənin polis Darren Uilsonun mühakimə olunmaması yönündə qərarından sonra şəhərdə başlayan etiraz aksiyaları bütün ölkəyə yayılır.

ANS PRESS-in məlumatına görə, ötən gün Nyu Yorkda keçirilən aksiyada Olcay Şaşan adlı bir türk polis tərəfinfən saxlanılıb. “Union” meydanında mövsümlük hədiyyə mağazası işlədən Şaşanın aksiyaçılara qoşulduğu iddia olunub.

Qeyd edək ki, hal-hazırda Nyu York küçələrində “Qatil polisləri həbs edin”, “Ədalət yoxdursa, sülh də yoxdur”, “Zəncilərin də canı var”, “Maykl Braun üçün ədalət”, “Hər yer Ferquson” və s. bu kimi şüarlarla etiraz aksiyaları davam edir. Polis bir jurnalistin də olduğu 7 nəfəri saxlayıb. …read more

From:: ANS