Ukraynadan dəhşətli kadrlar- 8 min əsgər mühasirədə (VİDEO+18)

Ukraynanın şərqində qızğın döyüşlər faicəvi sonluğa yaxınlaşır.

ANS PRESS-in məlumatına görə, rusiyayönümlü separatçılar xəbər verirlər ki, Debalsevoda məngənəyə düşən Ukrayna ordusu yeganə həyat yolunu itirib. Belə ki, Ukrayna ordusunu silah-sursat və ərzaqla təmin edən Artyomsk yolu kənd ilə birgə rusiyayönlü separatçılar tərəfindən alınıb. Bununla da hərbi sursatı tükənmək üzrə olan 8 min əsgər hazırda mühasirədədir.

Ukraynada hazırda səfərbərlik elan edilməsinə baxmayaraq, 8 min əsgərin itirilməsi və ya təslim olması orduya böyük zərbə ola bilər.

Kadrlara diqqətl baxılsa sezmək olar ki, rusiyayönlü deyilən qüvvələr, ən son silah-sursatla və hərbi forma ilə təchiz olunmuş nizami ordudur. Yalnız Rusiya ordusunda olan ən son nəsil tanklar da gözdən qaçmır.

Ukraynada isə insanların başı çətin iqtisadi vəziyyətdə yaşamaq uğrunda mübarizəyə qatışıb. Bu gün Kiyev meriyası önündə metro jetonlarının bahalaşmasına qarşı izdihamlı aksiya keçirilib. Ölkə valyutası dollar və euroya nisbətdə 3 dəfə ucuzlaşıb.

Qeyd edək ki, Ukrayna tərəfi ordunun mühasirəyə alınması barədə heç bir məlumat vermir. Sadəcə Debalsevoda qızğın döyüşlərin getməsi xəbəri ilə kifayətlənir.

…read more

From:: ANS