Batan gəmidə 29 nəfər donaraq öldü

Aralıq dənizində 105 nəfəri daşıyan qaçaq gəmisində 29 nəfər soyuq hava səbəbilə donaraq ölüb.

ANS PRESS-in məlumatına görə, İtalyanın Lampedusa adası sahillərində batan gəminin xilasetmə işləri üçün sahil təhlükəsizlik qrupları xilasetmə əməliyyatı təşkil edib.

Əməliyyat əsnasında bədən temperaturunun aşağı düşməsi səbəbilə can verən 7 miqrantın cansız bədənini gəmidən çıxarılıb. Xilas edilən miqrantlardan 22 nəfəri isə Lampedusaya aparıldıqları sırada eyni səbəbdən yolda həyatını itirib.

Qeyd edək ki, hadisədən bir gün əvvəl İtaliya sahil təhlükəsizlik qrupları ilə əlaqə quran gəmidən kömək istənilib. Əməliyyat Aralıq dənizində ən çox istifadə edilən Liviya ilə İtaliya arasındakı Siciliya Kanalı marşrutunda keçirilib. …read more

From:: ANS