Bakıda sakinlərin aksiyası işə yaradı (FOTO, YENİLƏNİB)

Bakı şəhəri, Xətai rayonu Telnov küçəsi, 23-26-47 ünvanında yerləşən 17 mərtəbəli yeni tikilmiş binaya elektrik enerjisinin verilməsi bərpa olunub.

Sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə, aksiyadan sonra yeni binaya işıq verilib.

Qeyd edək ki, sakinlər işığa görə, yolu bağlayaraq etiraz etmişdi.

19:46
Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində sakinlər yolu bağlayıb.

ANS PRESS-in məlumatına görə, buna səbəb Telnov küçəsi 23-26-47 ünvanında yerləşən 17 mərtəbəli yeni tikilmiş binaya elektrik enerjisinin kəsilməsidir.

Sakinlərin bizə verdiyi məlumata gərə, bu gün səhərdən binanın elektrik xətti bağlanıb. Sakinlər elektrik pulunu bina rəhbərliyinə vaxtlı vaxtında ödəsə də binada belə problemlər yaşanır. Binada qaz olmadığından sakinlər acınacaqlı vəziyətə düşüb.

“Hazırda bir qrup sakin yol bağlayıb. Onlar elektrik xətti bərpa edilməyincə buradan getmək fikrində deyil. Uşaqlarımız soyuqdan donur”, – deyə narazı sakinlərdən biri Ənvər bildirib.

Hadisə yerinə polis gəlib. Sakinlərlə danışıqdan sonra onlar yolu açıb. Məsələ yoluna qoyulmasa sakinlər etirazlarını bu şəkildə davam etdirəcəyini deyiblər.

…read more

From:: ANS