Müsavat partiyası dağılır (VİDEO)

Müsavatda keçmiş başqanlığa namizəd Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsi qərarından sonra istefalar dalğasının başlayacağı barədə gözləntilər artıq özünü doğruldub. Bir neçə nəfərin artıq istefa verməsi və Müsavat Divanının qərarına partiyanın nüfuzlu şəxslərinin etirazı proseslərin davamından xəbər verir. Müsavatda nə baş verir?

Müsavatda bu gün baş verənləri ən yaxşı təhlil edən elə Müsavatın öz üzvləridir.

ANS TV-nin məlumatına görə, məsələn, Elbəyi Həsənli sosial şəbəkədə maraqlı bir rəy yazıb. Deyib ki, heç Əli Kərimli də Müsavatın iflası üçün belə bir ssenari düşünə bilməzdi.

Müsavatda vəziyyət isə doğurdan da düşündürücüdür. Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsindən sonra bu gün bir qrup tanınmış müsavatçı partiya rəhbərliyinə müraciət edərək başqanı repressiyaları dayandırmağa çağırıb. Onların arasında Vurğun Əyyub, İbrahim İbrahimli, Novella Cəfəroğlu kimi məşhur ismlər də var.

Maraqlıdır ki, bu müraciət həm də Müsavat başqanı Arif Hacılının Qubad İbadoğlunun partiyadan çıxarılması ilə bağlı verdiyi rəsmi açıqlamadan bir gün sonraya təsadüf edir. “Qubad İbadoğlunun üzərinə götürdüyü missiya Müsavatı parçalamaq, partiya içində nifaq salmaq və onu xalq arasında nüfuzdan salmaqdır” cümləsi ilə başlayan açıqlamada Arif Hacılı bildirib ki, bu gün anti-Müsavat kampaniyasının ön cəbhəsində Qubad İbadoğlu və onun ətrafında olan məhdud bir qrup dayanır.

Əslində Arif Hacılının bu bəyanatı Müsavatdan yenə də kimlərinsə çıxarılacağını düşünməyə əsas verir. Əcəba, növbəti kim olacaq? sualına Qubad İbadoğlu belə bir cavab verib – Tural Abbaslı. Yeri gəlmişkən, ötən gün Tural Abbaslı da Qubad İbadoğlunun partiyadan kənarlaşdırılması ilə bağlı Divanın qərarından Mərkəzi Nəzarət Təftiş Komissiyasına şikayət edib. Və bildirib ki, Divanın qərarı Partiyanın nizamnaməsinə zidd olduğu üçün ləğv edilməli, Qubad İbadoğlunun partiyaya üzvlüyü isə bərpa olunmalıdır. Eyni tələb bu gün partiya rəhbərliyinə müraciət edən müsavatçıların müraciətində də qoyulub. Bəs bu çağırışların faydası olacaqmı? – inanmaq çətindir. Çünki, proseslər göstərir ki, partiyadan xaric edilmələr təkcə Arif Hacılının iradəsi ilə həyata keçirilən məsələ deyil. Məsələnin başında İsa Qəmbərin dayandığını Qubad İbadoğlu konkret olaraq söyləyib.

“İndiki başqan …read more

From:: ANS