İŞİD qurucusu öldürüldü

İŞİD terror qruplaşması qurucularından biri İraqda gedən döyüşlər zamanı öldürülüb.

ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşmasının qurucularından hesab edilən Əl-Cəzravinin də içərisində olduğu avtomobil karvanına hücum təşkil edilib.

İraqın Ninova vilayətinin mərkəzi olan Mosulda gerçəkləşdirilən əməliyyatda İŞİD qurucularından biri “Əbu Həsən Əl-Cəzravi” adı ilə tanınan Ömər Əl-Cəris koalissiya qüvvələri və kürd döyüşçülərin atdığı 3 roket zərbəsi nəticəsində ölənlər arasında olub. Bu barədə Kürdistan Demokrat Partiyası Mosul nümayəndələrindən olan İsmət Rəcəb məlumat verib.

Xatırladaq ki, bundan əvvəl isə İŞİD-in Mosulun qərbindəki məntəqələrinə edilən hücumlarda Təlafər əmiri Əbu Əbdurrahman Kado, Diyalada Maaz Əkrəm Ravi, Tariq Əhməd Vahabi Səbaqi, Kazım Cümeyli və İbrahim Əkrəm Təki adlı rəhbərləri koalissiyanın hücumlarında məhv edilmişdi. …read more

From:: ANS