Tarixi kitab təqdim olundu

AMEA A.A.Bakıxanov adına tarix İnstitutu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası ilə birlikdə böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin doğma dilimizə tərcümə olunmuş “Dünyanı bəzəyən Abbasın tarixi” kitabının təqdimatı keçirilib.

ANS PRESS-in xəbərinə görə, Prezident Kitabxanasında təşkil olunan tədbirdə bildirilib ki, Azərbaycanın görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşinin fars dilində yazdığı “Tarix-i aləmara-yi Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərinin bütöv halda doğma dilimizdə işıq üzü görməsi Tarix İnstitutunda icra olunan “Azərbaycan tarixinə dair ilk mənbələrin nəşri” layihəsinin həyata keçirilməsi sayəsində əldə olunan növbəti uğur, həm də ən mühüm nailiyyətlərdən biridir.

İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” əsərinin ana dilinə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması, hər şeydən əvvəl, qədim tarixçilik ənənələrinə malik olan xalqımızın orta əsrlərdə də möhtəşəm tarix əsərləri yaratdığının sübutudur.

Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvi imperiyasının tarixini araşdırmaq üçün son dərəcə qiyməətli ilk mənbə olan “Tarix-i aləmara-yi Abbasi” əsərini doğma dilimizə Tarix İnstitutunun aparıcı elmi işçisi, professor Şahin Fərzəliyev tərcümə edib.

Azərbaycan xalqının dövlətçilik tarixində böyük bir tarixi dövrü, 235 ili əhatə edən qüdrətli Səfəvi imperiyası xüsusi yer tutur. Öz dövrünün beynəlxalq münasibətləri tarixində çox mühüm rol oynayan bu Azərbaycan imperiyası ümumdünya tarixində dərin iz qoyub. Elə buna görə də Səfəvi tarixi heç zaman aktuallığını itirməyib.

Məlumat verilib ki, Azərbaycan xalqı Səfəvi dövlətinin yalnız idarəçiliyində və hərbi qüvvələrində deyil, ictimai-iqtisadi və mədəni həyatında da böyük rol oynamışdır. Təsadüfi deyil ki, Səfəvi tarixçilərinin ən görkəmlisi hesab olunan İskəndər bəy Münşi də məhz Azərbaycan türküdür. Görünür elə bu səbəbdəndir ki, müəllif öz doğma tarixinə, Azərbaycan Səfəvilər sülaləsinin ən qüdrətli nümayəndəsi böyük hökmdar Şah Abbasa olduqca mükəmməl bir əsər həsr etmişdir.

İskəndər bəy Münşinin adı çəkilən əsəri üç cilddən ibarətdir. Əsər Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair faktiki materiala zəngindir. Bu əsər elə bir qiymətli tarixi qaynaqdır ki, onun köməyi olmadan Səfəvilər dövrünü hərtərəfli və dərindən araşdırmaq, demək olar ki, mümkün deyil.

Vurğulanıb ki, orta …read more

From:: ANS