Günay İbrahimlidən cəsarətli addım (VİDEO)

Fevral ayının 14-ü baş tutacaq konsert proqramına hazırlaşan məşhur müğənni Günay İbrahimli daha bir cəsarətli bir addım atıb.

ANS PRESS-in məlumatına görə, ifaçı Azərbaycanın korifey sənətkarı Zeynəb Xanlarovanın repertuarına müraciət edib. Günay xalq artistinin “Ya məndə” mahnısını yeni aranjeman etdirərək ifa etmək fikrinə düşüb.

Zeynəb xanım tərəfindən illər öncə sevilən mahnını ötən günlərdə Samir Şirinov yeni aranjiman edib və Günay öz ifasında səsləndirib. Müğənni oxuduğu zaman çəkilən video görüntünü “İnstagram” səhifəsində paylaşıb, həmin görüntü bir neçə saat ərzində yüzlərlə insan tərəfindən bəyənilib.

Fikirlərini bizimlə bölüşən G.İbrahimli belə deyib: “Zeynəb Xanlarovanı uşaqlıq vaxtlarımdan dinləyirəm və sevirəm. Dahi sənətkarın demək olar ki, bütün mahnıları xoşuma gəlir, amma nədənsə ilk olaraq bu mahnısını oxumaq istədim. Bu cür gözəl insanın repertuarından mahnı səsləndirmək mənim üçün şərəfdir”.

…read more

From:: ANS