Prezidentdən yeni təyinat

Prezident İlham Əliyev Cavid Qəmbər oğlu Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS xəbər verir ki, prezidentin digər sərəncamına əsasən Cavid Qurbanov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Cavid Qurbanov 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışıb.

2007-ci ilin fevral ayından “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, “Azəryolservis” ASC-nin sədri təyin olunub. Cavid Qurbanov texniki elmlər namizədidir.

O, həmçinin 123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür. …read more

From:: ANS