Afrikanın kralı müəyyənləşdi (VİDEO)

Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, finalda Kot-d`İvuar və Qana milliləri üz-üzə gəliblər.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Kot-d`İvuar yığması rəqibinə 9:8 hesabı ilə qalib gələrək kuboka sahib olub.

Qeyd edək ki, tarixində ikinci dəfə bu kuboku qazanan Kot-d`İvuar 1992-ci ildə də eyni uğura imza atıb.

…read more

From:: ANS