“Charlie Hebdo”dan Papaya cavab

“Charlie Hebdo”nun yayım redaktoru Gerard Biard Papanın fikirlərinə cavab verib.

ANS PRESS-in məlumatına görə, Gerard Biard Papa Fransiskin “Anama söyəni bir yumruq gözləyər” sözlərinə cavabında Papanın sarsaqladığını söyləyib.

12 adamın ölümü ilə nəticələnən terror hücumu zamanı Londonda olan Biard təsadüf nəticəsində həyatda qalmışdı. Redaktor İtalyanın “La Repubblica” qəzetinə açıqlamalar verib.

Biard 23 ildir bu jurnalda çalışdığını və terror hücumundan sonra bütün işləri öz üzərinə götürdüyünü bildirib. 25 fevraldan etibarən fəaliyyətlərini davam etdirəcəklərini söyləyən redaktor sözlərini belə davam edib: “Bu zamana ehtiyacımız var idi. Hələ də bir yerimiz yoxdur. Hazırda “Liberation” qəzetinin binasındayıq. Özümüzə yeni bir yer axtarırıq. Amma təhlükəsizliyimizə zəmanət verilməlidir”.

Biard qeyd edib ki, bundan sonrakı nəşrlərində əvvəlki templə çalışacaqlar: “Biz dəyişmək istəmirik. Əgər belə olsa, o zaman bu terroristlərə haqq vermiş kimi olacağıq. Gülməyə və hər şeylə zarafat etməyə davam edəcəyik”. …read more

From:: ANS