Erməni zabit ordusunu taladı

Ermənistandakı ağır-sosial iqtisadi vəziyyət, yoxsulluq özünü Ermənistan ordusunda da açıq-aydın biruzə verir. ANS PRESS-in məlumatına görə, yoxsulluq içində yaşayan erməni zabit hərbi sursatı satmaq məcburiyyətində qalıb.

Ermənistan silahlı qüvvələrinin N saylı raket-artileriya hərbi hissənin rəisi Qriqori Nadiryan vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılır.

Məlumata görə, “Nubaraşen” poliqonunda (hərbi təlim və təcrübə meydanı) komanda qülləsinin yanında əsgərlərdən birinin tulladığı zirehli gödəkçə, çanta və dəbilqə tapılıb.

Nadiryan komandiri məlumatlandırmaq və anbara təhvil vermək əvəzinə hərbi sursatı öz qarajına aparıb, sonra isə satıb.

Bununla yanaşı, Nadiryan xidmətə səhlənkar münasibət göstərərək texniki vəziyyətlə bağlı yoxlamalar aparmayıb.

Qriqori Nadiyana qarşı cinayət işi açılıb. Ona ölkəni tərk etmək qadağası qoyulub.

Məhkəmə 25 fevrala təyin edilib. …read more

From:: ANS