Pizza yedi, pulunu 13 il sonra verdi (FOTO)

Amerikada bir pizza restoranının sahibi öz alıcılarından birindən qəribə məktub alıb.

ANS PRESS-in məlumatına görə, məktubda alıcılardan biri 13 il əvvəl yediyi pizzanın pulunu ödəmədiyinə görə üzr istəyib və 54,39 dollar pul göndərib. Adını qeyd etməyən alıcı məktubunda yazıb ki, o, 2002-ci ildə həmin restoranda 20 dollarlıq pizza yeyib və qəbz yazaraq gedib. Gizli alıcı bankın həmin qəbzi qəbul etməyəcəyini və pul verməyəciyini əvvəlcədən bildiyini deyib.

Məktub sahibinin yazdığına görə, həmin vaxtlarda onun maddi vəziyyəti pis idi və o, çətinliklə dolanırdı. Lakin həmin vaxtdan sonra çoxlu işləyib və öz işini inkişaf etdirə bilib. Buna görə də, indi borcunu ödəmək qərarına gəlib. Borclu müştəri həmçinin yazıb ki, o, son illərdə bir neçə dəfə həmin restorana gəlib. Həmin vaxtlarda etdiyini boynuna almaq istəsə də özündə bu cəsarəti tapmayıb. Buna görə də məktub yazıb.

Məktubun müəllifi pizzanın qiymətini də faizi ilə birlikdə ödəyib. “Mən pizzanın qiymətinin üstünə hər borclandığım il üçün əlavə 8 faiz gələrək hesablamışam”, – deyə müştəri qeyd edib. Restoran sahibi həmin hadisəni və borclu müştərini xatırlamır. İndi o, öz restoranının qapısına “bağışlanıb” yazısı yapışdırmaq istəyir ki, məktubun sahibi də onu görsün.

…read more

From:: ANS