Gümrüyə yeni rus hücumu

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasından ətraf məhəllələrdə yaşayan ermənilərə qarşı yeni bir hücum planlaşdırılır.

ANS PRESS-in məlumatına görə, bu fikir Gümrü şəhər merinin əmri ilə Rusiya hərbi bazasının əhatə dairəsinin genişləndirilməsindən sonra erməni mətbuatı tərəfindən səsləndirilib.

Bu çərçivədə şəhər sakinlərinə məxsus bir çox evlər heç bir ödəniş edilmədən rus hərbçilərinin ixtiyarına verilib. Bu barədə mətbuata şikayətlə müraciət edən şəhər sakini Aşot Canikyan 15 ildir ki, yaşadığı evi və əkib-becərdiyi sahəni itirdiyini deyib. Onun sözlərinə görə, hərbçilər heç nə demədən sahədəki evi söküblər.

Canikyan hərbi hissəyə gedərək şikayətini bildirmək istəyib, amma onu içəri buraxmayıblar. “Onlar bizim hakimiyyətə o qədər hörmətsiz yanaşırlar ki, qatil rus əsgərini erməni məhkəməsinə təhvil vermədilər. Rus zabitinə söz demək omlur, bizə yuxarıdan aşağı baxır”,- deyə Canikyan yanvarın 15-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünün qətl ediləməsi məsələsini yada salıb. Ermənilər qətlin rus bazasının əsgəri Valeri Permyakov tərəfindən törədildiyini iddia edirlər.

Erməni mətbuatı hər iki hadisənin Rusiya tərəfindən erməniləri bütün müstəqillik ümidlərindən məhrum etmək üçün törədildiyini bildirir. …read more

From:: ANS