2020-ci il proqnozu

“Azərbaycanda indiyə kimi 82 mindən çox post-terminal quraşdırılıb”.

ANS PRESS-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda IV Vergi Forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu isə ölkədə nağdsız ödənişin tətbiqinə böyük imkan yaradır:

“Son 15 il ərzində dövlət büdcəsinə vergilərin və digər daxilolmaların həcmi 14 dəfəyədək, qeyri-neft-qaz sektorundan daxilomalar 14,4 dəfə, regionlardan daxilolmalar isə 14,8 dəfə artıb. Vergi sistemində bütün əməliyyatlar elektronlaşdırılıb. Nazirlik hazırda vergi ödəyicilərinə 59 elektron xidmət təklif edir”.

Nazir həmçinin əlavə edib ki, vergi ödəyicilərinin təxminən 90%-i vergi bəyannamələrini elektron şəkildə təqdim edir.

Milli Məclisin İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, 2020-ci ildə dövlət büdcəsində əsas hissəni qeyri-neft sektoru tutacaq. O qeyd edib ki, bu isə Azərbaycan iqtisadiyyatının neftdən asıllığının azalmasına imkan verəcək.

…read more

From:: ANS