İrəvanda yeni “ailə xarakirisi”

İrəvanda 47 yaşlı ana 9 yaşlı oğlunu döyərək diri-diri yandırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı bu səhər “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin reanimasiya şöbəsinin müdiri Qaqik Manukyan bildirib.

Onun sözlərinə görə, bu səhər dan yeri söküləndə şöbəyə Ermənistan paytaxtının Nor Nork rayonundan 9 yaşlı oğlan gətiriblər. Oğlan əməliyyat edilib, onun bədəni yanıb və başında zədə aşkarlanıb. Hazırda uşağı reanimasiya şöbəsinə yerləşdiriblər. Vəziyyəti ağırdır. Hadisəı zamanı qadın özü də yanıb. Amma onun yanıqları ağır deyil.

Həkimin sözlərinə görə, ana oğlunu döyərək üzərinə benzin töküb, sonra isə yandırıb.

Son günlərdə Ermənistanda yaxın qohumlara qarşı törədilən bu cür amansız cinayətlərin artdığı müşahidə edilir. Adətən, belə cinayətlər eyni ailələrin üzvlərinə qarşı törədilir. Ekspertlər, bunu ailələrin dolanışıq üzündən bir növ xarakirisi sayırlar. Bir tikə çörək üçün pul tapa bilməyən ailə başıçısı çox vaxt problemi həllə etmək üçün ailəni məhv etmək qərarına gəlir. 47 yaşlı naçar erməni ananın da məhz bu yolu seçdiyi güman edilir. …read more

From:: ANS