Bayram axşamı qonşu qadının kefinə soğan doğrayan gənc tutuldu (FOTO)

Xaçmaz rayon polis şöbəsinin əməkdaşları Yeni il gecəsində qonşu qadının mağazasnı qarət edən 30 yaşlı gənci yaxalayıb.

Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Tofiq İsmayılovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyət nəticəsində 1985-ci il təvəllüdlü Ramiq Manaf oğlu Manafov saxlanılıb.

Saxlanılan şəxs 31 dekabr 2014-cü ildən yanvarın birinə keçən gecə qonşusu Tuyğuxanım Abumüslüm qızı Mirzəyevanın ərzaq mağazasını yarıb. O, mağazadan 2000 manat nağd pul, 500 danışıq kartı və 172 manat dəyərində ərzaq məhsullarını oğurlayıb.

Saxlanılan şəxs istintaqa verdiyi ifadədə əməlini təsdiqləyib. O, oğurluq hadisəsini ehtiyacı olduğu üçün törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

…read more

From:: ANS